0502689726 / 0502558415
AKADEMİK İNKİŞAF MƏRKƏZİ>
Dövlət İmtahan Mərkəzi dekabrın 23-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək...
Müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmışdır. İmtahanda iştirak üçün 394 nəfərin namizədliyi qeydə alınmışdır. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni 2018-ci il dekabr 21-dək (saat 10.00-dan 17.00-dək) Dövlət Miqrasiya Xidmətinin Aparatından (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) götürə bilərlər. Test imtahanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin I korpusunda saat 11.00-da başlanır. Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: • şəxsiyyəti təsdiq edən sənədin əsli; • “İmtahana buraxılış vərəqəsi"; İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan Respublikasının tarixi və coğrafiyası, 10 sual informatika, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.
20.12.18
Digər xəbərlər
..Akademik İnkişaf Mərkəzinin Yeni saytı Təqdim Olunudu..
DİM magistratura səviyyəsinə qəbul imtahanları üçün test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edir..
Dövlət İmtahan Mərkəzi dekabrın 23-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək...
2019-cu ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və rezidenturaya qəbul imtahanlarının, sınaq imtahanları və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunmuşdur..
Yeni qəbul ilində buraxılış və qəbul imtahanlarında balların hesablanma qaydası müəyyən edilib..
DİM “Abituriyent” jurnalının “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ı və “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ını Azərbaycan və rus dillərində nəşr edib..





Created by © Shahmar
Ayna Sultanova. Əcəmi Naxçıvani 27
0502689726 / 0502558415
a.inkishaf@gmail.com