0502689726 / 0502558415
AKADEMİK İNKİŞAF MƏRKƏZİ>
DİM magistratura səviyyəsinə qəbul imtahanları üçün test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edir..
Müqaviləçi-mütəxəssis ali təhsil müəssisələrinin müxtəlif ixtisas istiqamətləri üzrə magistratura səviyyəsinə qəbul imtahanlarında proqramlara daxil olan ixtisas fənləri, həmçinin məntiq, informatika və xarici dillər üzrə test bloklarında istifadə ediləcək test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını hazırlamaq üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir: sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək; test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək; test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək; test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərcüməsinin ekspertizasını həyata keçirmək; yazılı qəbul proqramları üzrə imtahan suallarının tərtibində və bakalavrların yazılı imtahan işlərinin yoxlanılıb qiymətləndirilməsində iştirak etmək. Müraciət edən şəxslər magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalı, Azərbaycan və (və ya) rus dilini mükəmməl bilməli, Microsoft Office proqramlarında işləməyi bacarmalıdırlar. Həmin şəxslər test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdəsinə götürməli və nəzərdə tutulan öhdəlikləri tam keyfiyyətlə və vaxtında yerinə yetirməlidirlər. Müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanmaları üçün DİM-də müvafiq treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. İşə götürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
19.12.18
Digər xəbərlər
..Akademik İnkişaf Mərkəzinin Yeni saytı Təqdim Olunudu..
DİM magistratura səviyyəsinə qəbul imtahanları üçün test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edir..
Dövlət İmtahan Mərkəzi dekabrın 23-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək...
2019-cu ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və rezidenturaya qəbul imtahanlarının, sınaq imtahanları və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunmuşdur..
Yeni qəbul ilində buraxılış və qəbul imtahanlarında balların hesablanma qaydası müəyyən edilib..
DİM “Abituriyent” jurnalının “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ı və “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ını Azərbaycan və rus dillərində nəşr edib..





Created by © Shahmar
Ayna Sultanova. Əcəmi Naxçıvani 27
0502689726 / 0502558415
a.inkishaf@gmail.com